Rusiya hərbçisi Suriyada intihar edib
Tarix: 27-10-2015, 17:01 |
Çap et
Suriyada xidmət edən rusiyalı hərbçi ölüb. Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdfafiə Nazirliyi rəsmi məlumat yayıb.
Məlumatda müqavilə əsasında xidmət edən 19 yaşlı hərbçi Vadim Kostenkonun intihar etdiyi bildirilir. Krasnodar diyarından olan hərbi qulluqçu Suriyanın Xmeymim hava limanında aviasiya alayının texniki təhlükəsizliyini təmin edirdi.
Bu, Rusiya ordusunun sentybarın 30-da Suriyada hərbi əməliyyatlara başladıqdan sonra verdikləri ilk təsdiqlənmiş itkisidir.
Suriyaya yerləşdirilən Rusiya hərbi kontingentinin ümumi sayı 4 min nəfərdən artıqdır.