Lavrov: “Yaxın Şərqin liderləri devrilməsəydi…”
Tarix: 27-10-2015, 16:28 | Çap et
Lavrov: “Yaxın Şərqin liderləri devrilməsəydi…”
Yaxın Şərqdə və Şimali Afrikada terrorizmin artmasının əsas səbəbi xarici dövlətlərin region ölkələrinin daxili işlərinə müdaxilə etməsidir.

Axar.az xəbər verir ki, bu sözləri Moskvada baş tutan BRİCS ölkələrinin sammitində Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Yaxın Şərqdə və Şimali Afrikada terrorizmin artmasının əsas səbəbi xarici dövlətlərin region ölkələrinin daxili işlərinə müdaxilə etməsidir. Bəzi liderlərin devrilməsi regionda xaosa, anarxiyaya, dövlətlərin çökməsinə və terrorçuların yeni torpaqlar işğal etməsinə səbəb olub. Bu situasiyadan çıxmağın yeganə yolu uzlaşma əldə etməkdir”, - Lavrov qeyd edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net