"Qərbin Azərbaycana qarşı mövqeyi qərəzlidir"
Tarix: 27-10-2015, 15:18 | Çap et
"Qərbin Azərbaycana qarşı mövqeyi qərəzlidir"
"Qərbin, xüsusilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycana qarşı mövqeyi qərəzlidir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanda parlament seçkilərini müşahidə edəcək MDB Parlamentlərarası missiyasının rəhbəri, Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyası fraksiyasından olan deputatı, MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski Azərbaycanın Rusiyadakı səfirliyində keçirdiyi mətbuat konfransında bildirib.

“Azərbaycan inkişafda olan bir dövlətdir və bu dövlətin inkişafına təkan vermək əvəzinə ona maneə olmağa çalışırlar. Azərbaycanın obrazını Avropada təhrif edirlər. Çünki Avropanın Demokratik İnstitutlar və İnsan Haqları Bürosu ancaq neqativ axtarışındadır. Əslində bu mövqe ilə sturtur öz əksinə işləyir, sifariş yerinə yetirir" – deyə o, əlavə edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net