Bakıda “moyka” işçisi qadının maşınını qaçırdı
Tarix: 27-10-2015, 15:17 | Çap et
Bakıda “moyka” işçisi qadının maşınını qaçırdı
Oktyabrın 25-də Binəqədi rayonunun M.Cəlal küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini Ulduz Aslanovaya məxsus “Hyundai” markalı avtomobil qaçırılıb.

Oxu.az DİN-ə istinadən bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə avtomobil 28 May küçəsində saxlanılıb.

Avtomobili idarə edən avtoyuma məntəqəsinin işçisi, Quba rayon sakini Sabir Orucov və qaçırılmış maşın 7-ci polis bölməsinə təhvil verilib.

Araşdırmalar aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net