Gürcüstanın "Qazprom"la apardığı danışıqların bizimlə münasibətə heç bir təsiri yoxdur
Tarix: 27-10-2015, 14:15 | Çap et
Gürcüstanın "Qazprom"la apardığı danışıqların bizimlə münasibətə heç bir təsiri yoxdur
Azərbaycanın Gürcüstanı təbii qazla təchiz etməsi sahəsində heç bir problem yoxdur.
“APA-Economics"in xəbərinə görə, bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov deyib.

"Gürcüstan bazarının qazla təminatını demək olar ki, SOCAR həyata keçirir. Burada heç bir problem yaranmayıb. Sadəcə olaraq, Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladzenin Rusiyanın "Qazprom" şirkəti apardığı danışıqlar bu ölkənin şəxsi işləridir və bunun SOCAR-la əlaqələrə, münasibətlərə heç bir təsiri yoxdur. Kaxa Kaladzenin özü də bəyan edib ki, Azərbaycanla heç bir problemimiz yoxdur", - deyə S. Qasımov vurğulayıb.

Vitse-prezident əlavə edib ki, Azərbaycan öz öhdəliklərini uğurla və müvəffəqiyyətlə yerinə yetirir və gələcəkdə də yerinə yetirəcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net