Həmsədrlər Xankəndidə olub
Tarix: 27-10-2015, 14:05 |
Çap et
ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Azərbaycanın işğal altında olan Xankəndi şəhərində səfərdə olublar.
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, həmsədrlər Ceyms Uorlik (ABŞ), Pyer Andrye (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Boko Saakyanla görüşüblər.
Görüşdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində münaqişəsinin tənzimlənməsi haqqında danışıblar.
* * *10:03
ATӘT-in Minsk qrupunun həmsədrləri bu gün separatçı Dağlıq Qarabağ rejiminin rəhbərliyi ilə görüşəcəklər.
APA-nın məlumatına görə, bu barədə qrupun amerikalı həmsədri Ceyms Uorlik "twitter" hesabında yazıb. O, daha sonra həmsədrlərin təmas xəttini keçəcəklərini qeyd edib.
Xatırladaq ki, həmsədrlərin regiona səfəri ötən gün başlayıb. Onlar Ermənistan rəhbərliyi ilə görüşlərdən sonra Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gediblər. Həmsədrlərin Bakıya səfəri və Azərbaycan rəhbərliyi ilə görüşləri sabaha planlaşdırılır.