Türkiyədə İŞİD əməliyyatı: 30 terrorçu yaxalandı
Tarix: 27-10-2015, 12:41 | Çap et
Türkiyədə İŞİD əməliyyatı: 30 terrorçu yaxalandı
Bu gün səhər saatlarında Türkiyənin Konya şəhərində polis İŞİD terror təşkilatına qarşı əməliyyat həyata keçirib.

Lent.az Doğan xəbər agentliyinə istinadən bildirir ki, Konyanın mərkəzində və Çumra rayonunda əvvəlcədən müəyyənləşdirilən yerlərə edilən polis basqını zamanı 30 nəfər yaxalanıb.

Qeyd edək ki, oxşar əməliyyat dünən Diyarbəkirdə də həyata keçirilib. əməliyyat zamanı terrorçular polisə atəş açıb və 2 polis şəhid olub. Hadisə zamanı 7 terrorçu öldürülüb, 3 nəfər isə canlı ələ keçirilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net