Aktyor-teleaparıcı Azər Axşam Mətanət Əliverdiyeva ilə təqdim etdiyi "Hər axşam" verilişinin bağlanması haqda yayılan xəbərlərə aydınlıq gətirib.
O, "Qafqazinfo"ya açıqlamasında bildirib ki, verilişdə dəyişikliklər olub:
"Veriliş bağlanmayıb, bağlanmayacaq. Sadəcə dəyişikliklər olub. Artıq "Hər axşam"ı tək aparacam. Mətanətə ayrı layihə verilib, o başqa verilişi təqdim edəcək".
Qeyd edək ki, "Hər axşam"ın dünənki buraxılışını Azər Axşam tək aparıb.
Könül

