Zülfiyyə Xanbabayeva 8 yaşlı qızı ilə
Tarix: 27-10-2015, 11:27 |
Çap et
Xalq artisti Zülfiyyə Xanbabayeva bu gün qızı Dənizin 8 yaşını qeyd edəcək. Lent.az-ın məlumatına görə, xalq artisti qızının özəl günü barədə sosial şəbəkədə şəkil paylaşaraq, bu sözləri yazıb: “Qızımın ad günü mübarək. Sən mənim xoşbəxtliyim, həyatımın ən gözəl varlığısan. Yolun, bəxtin açıq olsun. Həyat sənə gülsün. Rəbbim hər kəsin balasını qorusun”.
Qeyd edək ki, Z.Xanbabayeva keçmiş “Simurq” futbol klubunun prezidenti Zaur Məmmədovla ailəlidir. Cütlüyün övladı Dəniz 2007-ci ilin oktyabrın 27-də dünyaya gəlib.