Bakıda bədbəxt hadisə - 18 yaşlı qız üçüncü mərtəbədən yıxıldı
Tarix: 26-10-2015, 15:32 | Çap et
Bakıda bədbəxt hadisə - 18 yaşlı qız üçüncü mərtəbədən yıxıldı
Bakıda bədbəxt hadisə baş verib. 18 yaşlı qız pəncərə silərkən üçüncü mərtəbədən yıxılıb.

Hadisə şahidlərinin musavat.com-a verdiyi məlumata görə, 1997-ci il təvəllüdlü Nigar Aslanlı evlərinin pəncərəsini silərkən yıxılıb.

Hadisə Binəqədi rayonunda baş verib. 8-ci mikrorayonda yaşayan N.Aslanlı binanın üçüncü mərtəbəsindən yıxılıb. Xoşbəxtlikdən N.Aslanlı sağ qalıb.

Gənc qız kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net