20 il gecikən şikayət: Bakıda 1 milyonluq dələduzluq...
Tarix: 26-10-2015, 15:20 | Çap et
20 il gecikən şikayət: Bakıda 1 milyonluq dələduzluq...
Bakı sakini 20 il əvvəl törədilən cinayətə görə hüquq-mühafizə orqanlarına müraciət edib.

Musavat.com xəbər verir ki, Bakı sakini 1950-cı il təvəllüdlü Nəriman Cəbrayılov Xətai rayon Prokurorluğuna müraciət edərək, 20 il əvvəl aldadıldığını bildirib.

N.Cəbrayılov bildirib ki, 1995-ci ilin iyul ayında Firudin Qasımov onun etibarından sui-istifadə edərək, ona məxsus S.Vəzirov küçəsində yerləşən 1 milyon 100 min manat dəyərində olan qeyri-yaşayış sahəsini öz adına rəsmiləşdirib.

Bu müddət ərzində N.Cəbrayılov öz mülkünü qarşılıqlı razılaşma ilə F.Qasımovdan almağa cəhd edib. Lakin tərəflər arasında dəfələrlə görüş olsa da, razılıq əldə olunmayıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

N.Cəbrayılovun şikayəti ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net