KİV: Əsəd ordusu Suriyada əsas yolu tutdu
Tarix: 26-10-2015, 14:02 |
Çap et
Suriya ordusu ölkənin əsas avtomagistralı olan Dəməşq-Xüms yolunu nəzarət altına alıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Hazırda qiyamçıların əlində yalnız bu avtomagistralın 10 kilometrlik hissəsi qalıb.
Qeyd edək ki, avtomagistralın yerləşdiyi ərazidə olan Xarastı və Cobare şəhərləri hələ də müxaliflərin əlindədir. Məhz bu şəhərlərdə müxaliflərin 7 min döyüşçüsünün olduğu bildirilir.