MTN-də saxlanılan İŞİD-çilərdən XƏBƏR VAR
Tarix: 26-10-2015, 14:00 |
Çap et
“Bir neçə gün bundan əvvəl Milli Təhlükəsizlik Nazirliyində saxlanılan İŞİD terror qruplaşmasının üzvləri ilə görüşmüşəm”.
Bunu Hafta.az-a açıqlamasında İşgəncələrə qarşı Azərbaycan Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Elçin Behbudov deyib. Elçin Behbudov onların saxlanma şəraitindən də danışıb:
“Onlarla görüşümüzdə saxlanma şəraitlərindən şikayətçi olmadıqlarını dedilər. Həmçinin qeyd etdilər ki, etdikləri əmələ görə çox peşmandırlar. Bundan başqa, Daxili Qoşunların "N" saylı hərbi hissəsində monitorinq keçirmişəm. Polis şöbələrində də olmuşuq. Heç bir ciddi işgəncə faktı qeydə alınmayıb”.