Rusiyanın Suriyaya gəlişi gücün deyil, zəifliyin göstəricisidir
Tarix: 26-10-2015, 12:34 |
Çap et
"Rusiyanın Suriyaya gəlişi gücün deyil, zəifliyin göstəricisidir."
SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib.
O bildirib ki, əgər Əsəd ölkəsini qanuni güclərlə idarə edə bilsəydi, nə İrana, nə də Rusiyaya ehtiyacı olardı: "İran "Hizbullah"ı göndərdi, "Hizbullah"la da həll olmadı. Sonra İraqdan şiə milisləri göndərdi, inqilab keşikçilərini göndərdi, onlar da müvəffəqiyyətli ola bilmədi.
Sonda isə Rusiya gəldi. Rusiyanın gəlməsi onun müvəffəqiyyətli olacağı demək deyil.
Rusiya ötən gün "Azad Suriya Ordusu" ilə əməkdaşlıq edə biləcəyini söylədi. Rəsmi Moskva Əfqanıstan təcrübəsini bilir. Ölkənin yalnız 14%-ni nəzarətdə saxlayan zalım diktatorla ölkədə nizam yaranmayacağını da ən yaxşı Rusiya bilir."