Türkiyə derbisindən sonra stadionda dava düşdü
Tarix: 26-10-2015, 11:44 | Çap et
Türkiyə derbisindən sonra stadionda dava düşdü
Futbol üzrə Türkiyə Super Liqasının IX turunda keçirilən "Fənərbağça" - "Qalatasaray" matçından sonra dava düşüb.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, hadisə qonaq komandanın qapısı arxasında olan tribunada baş verib.

1:1 hesabı ilə başa çatmış oyunun sonunda azarkeşlər tribunada əlbəyaxa çıxıblar. Eyni zamanda, meydançaya kənar əşyalar atlıb. İnsident zamanı bəzi azarkeşlər yüngül xəsarətlər alıb.

Polisin hadisəyə müdaxiləsindən sonra ara sakitləşib.

Qeyd edək ki, IX turdan sonra "Qalatasaray" və "Fənərbağça" 18 xalla müvafiq olaraq turnir cədvəlinin 2 və 3-cü pillələrini bölüşürlər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net