Nazirliyin işçisi yayan maşında qaldı
Tarix: 26-10-2015, 11:25 |
Çap et
İsmayıllıda baş verən qəzada yaralanan şəxsin kimliyi bəlli olub. Onun vəziyyəti ağır olduğu üçün Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına (GŞTTYX) göndərilib.
Xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, bu Gəncə şəhər sakini 1981-ci il təvəllüdlü İsmayıl Aqif oğlu İsmayılovdur. O, əvvəl İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Lakin həkimlər onun vəziyyətinin ağır olduğunu görüb onu Gəncəyə çatdırıblar. Xəstəxananın travmatologiya şöbəsində çoxsaylı sınıq xəsarətləri ilə saxlanılan yaralının vəziyyəti ağırdır.
İsmayıl İsmayılov Vergilər Nazirliyinin 12 saylı ərazi vergilər departamentinin baş dövlət vergi müfəttişidir.
Axşam saatlarında İsmayıllı rayonu, Gəraybəyli kəndində ölümlə nəticələnən ağır yol-qəza hadisəsi baş verib. “Mercedes” markalı minik maşını kənd ərazisində qəzaya uğrayıb.
Nəticədə “Mercedes” markalı minik avtomobili tamamilə yanıb. Qəza nəticəsində avtomobilin sürücüsü 1948-ci il təvəllüdlü İsmayılov Vaqif Tofiq oğlu və 1976-cı il təvəllüdlü İsmayılov Məhəmməd Vaqif oğlu aldıqları müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat ediblər.