Suriyanın informasiya naziri müharibənin tezliklə başa çatacağını bildirib
Tarix: 24-10-2015, 12:34 | Çap et
Suriyanın informasiya naziri müharibənin tezliklə başa çatacağını bildirib
Suriyanın informasiya naziri Omran Zoubi münaqişə ilə bağlı müəyyən nəticələrə nail olunduğunu bəyan edərək, ölkədəki vəziyyəti şərh edib.

SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, nazir bildirib ki, ölkədəki müharibənin ən ağır mərhələsi başa çatıb.

Rusiyada Suriya diaspor nümayəndələri ilə görüşdə nazir söyləyib ki, Rusiya ilə terrorizmə qarşı əməkdaşlıq sayəsində “qələbə yaxındır”.

O, bundan başqa, "Suriyada vəziyyətin Rusiyanın əməliyyatı başladıqdan sonra yaxşılaşdığını, ABŞ-ın Suriya hökumətini həm siyasi, həm də iqtisadi baxımdan devirmək planının uğursuzluğa düçar olduğunu" vurğulayıb.

Xatırladaq ki, Rusiya Suriya prezidenti Bəşər Əsədin sorğusu üzrə Suriyada İŞİD terror təşkilatının mövqelərinə dəqiq zərbələr endirməyə başlayıb.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net