Hollivudun məşhur vizajisti intihar edib
Tarix: 24-10-2015, 12:27 |
Çap et
Hollivudun məşhur vizajisti dəm qazından boğularaq ölüb.
Lent.az-ın “Variety” jurnalına istinadən məlumatına görə, 37 yaşlı vizajist Ceyk Beyli dünən şəxsi mənzilində ölmüş vəziyyətdə tapılıb. İlkin versiyaya görə, o dəm qazından zəhərlənib.
Jurnal hadisənin intihar olduğunu iddia edir. İntihara nələrin səbəb olduğu isə hələ məlum deyil.
Qeyd edək ki, Ceyk Beyli məşhur Hollivud ulduzları Julianne Moore, Naomi Watts, Kate Mara və Olivia Wilde ilə birgə çalışıb.