Bakılı aktrisa Ermənistan zəlzələsi haqda filmə çəkilir - FOTOLAR
Tarix: 22-10-2015, 17:35 | Çap et
Bakılı aktrisa Ermənistan zəlzələsi haqda filmə çəkilir - FOTOLAR
Rusiyanın Azərbaycan mənşəli teatr və kino aktrisası Səbinə Əhmədova erməni diasporunun maliyyələşdirdiyi “Bir zəlzələnin tarixçəsi” filmində rol alıb.

Modern.az Rusiya KİV-nə istinadla xəbər verir ki, 1988-ci il dekabrın 7-də Ermənistanın Spitak rayonunda baş verən dağıdıcı zəlzələdən bəhs edəcək filmdə Səbinə Əhmədova zəlzələdən sağ çıxan erməni qadın obrazı yaradacaq.

“Bir zəlzələnin tarixçəsi” filminin baş rollarını rusiyalı aktyorlar Konstantin Lavronenko, Mariya Mironova, Artyom Bıstrov və erməni aktyor Viktor Stepanyanın ifa edəcək. Filmin premyerası 2016-cı il dekabrın 1-də Moskvada baş tutacaq. Layihənin rejissoru Sarik Andreasyan, prodüsserləri isə Ruben Dişdişyan və Arama Movsesyan olacaq.

Bundan öncə, “erməni soyqırımı”nın 100 illiyinə həsr olunan “Yaşaya bilmədiyimiz həyat” filmində rol alan Səbinə Gülbəlay qızı Əhmədova 1981-ci il sentyabrın 23-də Bakıda anadan olub. O, Rusiyada böyük auditoriya toplayan “Klub” serialında, “Böyük şəhərdə sevgi”, “Olimpius İnferno”, “8 ilk görüş” filmlərində çəkilib.

Səbinə Əhmədova son illərdə Hollivud filmlərində də rol almağa başlayıb. O, ABŞ-da çəkilən “Mavi arzu”, “Kişilər yalan danışmır” filmlərində və “Sibir” televiziya serialında rol alıb.

Bakılı aktrisa Ermənistan zəlzələsi haqda filmə çəkilir - FOTOLAR
Bakılı aktrisa Ermənistan zəlzələsi haqda filmə çəkilir - FOTOLAR





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net