Qəbirdə qızıl axtaranlar tutuldu - Şəkidə + Video
Tarix: 22-10-2015, 17:05 | Çap et
Qəbirdə qızıl axtaranlar tutuldu - Şəkidə + Video
Şəki polisinin əməkdaşları rayonun Baş Göynük kəndi ərazisində qədimi qəbirləri dağıdan şəxsləri saxlayıb. Məlum olub ki, saxlanılan şəxslər qızıl axtarmaq məqsədi ilə qəbiri dağıdıb.

Vertikal.az Region TV-yə istinadən xəbər verir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində 15 oktyabr tarixində gecə saat 02:00 radələrində Şəki rayonu Baş Göynük kəndinin Duluz məhəlləsi ərazisində yerləşən qəbiristanlıqda 1827- ci ilə aid Hacı Abdurəhim adlı şəxsin qəbirinin dağıdılması aşkar olunub. Belə ki, Şəkinin Baş Göynük kənd sakinləri İsmayılov Məmməd Həmid oğlu və onun həmkəndlisi Abdurrahmanov Çingiz Abdurrahman oğlu adı çəkilən qəbiristanlıqda qədim günbəz formalı qəbir daşının ətrafında daşları dağıdıb, qəbir üzərində təhqiredici hərəkətlər edərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan şəxslər dindirilmə zamanı qəbirin dağıdılması sualına isə maraqlı cavab veriblər. Həmçinin onlar əməllərindən peşman olduqlarını bildiriblər: "4-5 dəqiqə ərzində tutdular bizi. Şübhələnmişdik, elə bildik ki, orada qızıl var. Peşiman olmuşuq".

Faktla bağlı Şəki ŞRPŞ tərəfindən araşdırmalar davam etdirilir.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net