Daxili İşlər Nazirliyi Aşura günü ilə bağlı əhaliyə xəbərdarlıq edib
Tarix: 22-10-2015, 17:02 | Çap et
Daxili İşlər Nazirliyi Aşura günü ilə bağlı əhaliyə xəbərdarlıq edib
"Bakıda Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçiriləcək”.

Bu barədə SalamNews-a açıqlamasında Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib.

E.Zahidov bildirib ki, cənab nazir Ramil Usubovun müvafiq əmrinə uyğun olaraq, bütün polis əməkdaşları paytaxtda və bütün ölkə ərzisində Aşura mərasimlərinin keçiriləcəyi yerlərdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar gücləndirilmiş rejimdə fəaliyyət göstərəcəklər. Hər il olduğu kimi, bu il də Aşura günü ilə əlaqədar ictimai asayişin qorunması məqsədilə paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq, ictimai asayiş lazımi şəkildə təmin ediləcək.

Onun sözlərinə görə, Bakının bütün məscidlərində və ziyarətgahlarında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları təyin olunacaq. Müəyyən edilmiş yerlərdən kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net