Gəncədən Qazaxa sərnişin daşıyan mikroavtobus dərəyə aşdı: xəsarət alanlar var
Tarix: 22-10-2015, 15:55 | Çap et
Gəncədən Qazaxa sərnişin daşıyan mikroavtobus dərəyə aşdı: xəsarət alanlar var
Azərbaycanda sərnişin daşıyan mikroavtobus dərəyə yuvarlanıb, xəsarət alanlar var.

"Report"un xəbərinə görə, yol-nəqliyyat hadisəsi bu gün saat 14 radələrində Bakı-Qazax magistralının 395-ci kilometrliyində, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində baş verib.

Belə ki, Gəncədən Qazaxa sərnişin daşıyan "Ford" markalı mikroavtobus eyni istiqamətdə hərəkət edən "VAZ 21011" markalı avtomobillə toqquşub. Toqquşuma nəticəsində hər iki nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən çıxaraq dərəyə aşıb.

Mikroavtobusda olan bir neçə sərnişin yüngül xəsarət alıb. Onlara hadisə yerində ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net