"Evdən oğurluq etmişəm" - Elgizdən etiraf
Tarix: 22-10-2015, 15:11 | Çap et
"Evdən oğurluq etmişəm" - Elgizdən etiraf
ANS-in aparıcısı Elgiz Əkbər özü ilə bağlı etiraf edib.

Axşam.az-ın məlumatına görə, o, uşaq vaxtı evdən oğurluq etdiyini deyib:

“Atam Rusiyadan şokoladlar gətirmişdi. Anam da onları bölüb, hamının payını ayırmışdı. Mən də hər gün evdən oğurluq edib, məktəbə sinif yoldaşlarıma, müəllimlərimə aparırdım. Bir gün valideyn iclası idi. Anam məktəbə gəlmişdi. Müəlliməm anama dedi ki, “Siz necə yaxşı valideynsiniz. Elgiz nə gözəl şokoladlar gətirir, bizə hədiyyə edir”. Anam heç nə deməyib. Gəlib evdə baxıb ki, qutuların içi boşdur. Məni o qədər döydülər ki... Ona görə yox ki, şokoladları yemişəm. Ona görə ki, evdən oğurluq etmişdim. Anam döydü ki, “Sən oğurluq etmisən. Bu gün şokolad götürən, sabah pul oğurlayar. Həmin gündən evdən icazəsiz heç nə götürmürəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net