“Saakaşvili”i qırmızı boyaya boyandı - FOTO
Tarix: 22-10-2015, 14:58 |
Çap et
Gürcüstanda Vahid Milli Hərəkat Partiyasının bütün şəhər və rayon ofisləri vandalların hücumuna məruz qalıb.
Modern.az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, Mixail Saakaşvilin vaxtı ilə rəhbərlik etdiyi partiyanın Qori, Batumi. Poti, Ahalsıx, Ozurqeti, Zuqdidi və Çoxatauri şəhərlərindəki şöbələri darmadağın edilib.
Bundan başqa, Tbilisidə Mixail Saakaşvilinin adını daşıyan prezident kitabxanasının binasına qırmızı boya atılıb. Vahid Milli Hərəkat Partiyası baş verənlərə görə iqtidar komandasını ittiham edib.