Bakının şimal girişində Beynəlxalq Avtovağzalın qarşısında yenidən sürüşmə baş verib. Sürüşmə nəticəsində Bakı-Sumqayıt magistral yolunun Bakıya giriş hissəsində, asfalt örtüyündə çatlar əmələ gəlib. Baş verən sürüşmənin qarşısını almaq üçün ərazidə ağır texnika ilə bərkitmə işləri aparılır. Magistral yola bitişik yol 1 metrə qədər çöküb. Hazırda sürüşmənin Avtovağzal kompleksinə ziyan vurmaması üçün kompleksin divarları dəmir konstruksiyalarla bərkidilir.