Azərbaycanlılar Kiyevi bir-birinə qatdılar
Tarix: 22-10-2015, 13:56 | Çap et
Azərbaycanlılar Kiyevi bir-birinə qatdılar
Ukraynada azərbaycanlılar arasında atışma olub. ANS PRESS-in məlumaına görə, hadisə ötən gün axşam saat 18 radələrində Kiyevdə suşi-bar kimi fəaliyyət göstərən "Evraziya" restoranında qeydə alınıb.

Atışma nəticəsində 2 nəfər yaralanıb - oğlan və qız. "Vesti"nin məlumatına görə, münaqişə qafqaz görünüşlü üç kişinin arasında başlayıb. "Ehtimal ki, onlar azərbaycanlılar olublar. Onlardan birinin şəxsiyyəti müəyyən edilib".

Şahidlərin sözlərinə görə, onlar arasında əvvəlcə mübahisə başlayıb. Ukrayna mətbuatında yer alan məlumata görə, tərəflər daha öncə baş verən qəza ilə bağlı mübahisəni həll etmək üçün toplaşıblar. Lakin onlar razılığa gələ bilməyiblər və silah işə salınıb. Həm restoran, həm də çöldə üç dəfə TT markalı tapancadan atəş açılıb. Bundan sonra onlar dərhal Andrey İvanov küçəsi istiqamətidə qaçıb və gizləniblər.

Güllələrdən biri divandan keçərək oturan müştəri qızın ayağına dəyib. Başqa bir oğlan da ayağından yaralanıb.

Azərbaycanlılar Kiyevi bir-birinə qatdılar
Polis hadisə yerində araşdırma aparılır


Hüquq mühafizə orqanlarının ilkin məlumatına görə, şübhəlilərdən ikisi kök bədən quruluşuna malik olub. Onlardan birinin əynində sarı köynək və cins şalvar olub. Onlar restorandakı müşahidə kameralarına düşüblər.

İndi Ukrayna milisi şübhəli şəxslərin axtarışına başlayıb. Onları 7 ilə kimi həbs cəzası gözləyir.

Azərbaycanlılar Kiyevi bir-birinə qatdılar





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net