Nazirlik lisenziyası olmayan 29 stomatoloji kabinet aşkarladı
Tarix: 22-10-2015, 11:16 |
Çap et
Bu il Azərbaycanda lisenziyası olmadan fəaliyyət göstərən 29 stomatoloji kabinet aşkarlanıb.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Nazirlikdən qeyd ediblər ki, qanunsuz fəaliyyət göstərən stomatoloji kabinetlərdən 4-ü Bakı şəhərində yerləşir.
Həmin sahibkarlıq subyektlərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş inzibati təbdirlər görülüb.