FİDE Harri Kasparovu korrupsiyaya görə cəzalandırdı
Tarix: 22-10-2015, 11:01 | Çap et
FİDE Harri Kasparovu korrupsiyaya görə cəzalandırdı
Şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov FİDE (Beynəlxalq Şahmat Federasiyası) ilə əlaqəli istənilən fəaliyyətdən 2 il müddətinə kənarlaşdırılıb.

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, FİDE-nin sinqapurlu sabiq baş katibi İqnatius Leonq da eyni cəzanı alıb.

Araşdırmalar nəticəsində məlum olub ki, ötənilki prezident seçkisindən öncə, bu vəzifəyə namizəd olan H.Kasparovla FİDE-nin o dövrdəki baş katibi İ.Leonq müqavilə bağlayıb. Dünya çempionu Asiya regionu üzrə federasiya adından ona səslərin verilməsi qarşılığında sinqapurlu funksionerə 500 min dollar ödəyib. Amma yekunda o uduzub və təşkilatın rəhbəri postuna Kirsan İlümjinov yenidən seçilib. FİDE H.Kasparovla İ.Leonqu qurumun mənəviyyat kodeksini pozmaqda da günahlandırıb.

Qeyd edək ki, Harri Kasparov Ümumdünya Şahmat olimpiadalarının 8 qat qalibi, 11 şahmat "Oskar"ının sahibidir. O, 2005-ci ildə özünü siyasi fəaliyyətə həsr etmək üçün şahmatçı karyerasını başa vurub. Bir sıra müxalifətçi hərəkatların sıralarına qatılıb. Əslən bakılı sabiq dünya çempionu hazırda FİDE-də heç bir vəzifə tutmur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net