1000 məntəqəyə veb-kamera quraşdırılıb
Tarix: 21-10-2015, 16:39 | Çap et
1000 məntəqəyə veb-kamera quraşdırılıb
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və Rabitə və yüksək Texnologiyalar naziri Əli Abbasov, müavini İltimas Məmmədov MSK-da yaradılan “veb-kamera”lara texniki nəzarət mərkəzində olublar.

AzVision.az xəbər verir ki, Rabitə və yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov bildirilib ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün məntəqə seçki komissiyalarında quraşdırılan veb-kameralar tam hazır vəziyyətdədir.

Onun sözlərinə görə, seçki məntəqələrində səsverməni internet vasitəsilə izləmək mümkün olacaq:

“İnternet vasitəsilə MSK-nın saytına daxil olmaqla seçkini izləmək olar. Əvvəllər hər hansı proqramların yüklənməsi lazım idisə, indi buna ehtiyac olmayaq. 124 seçki dairəsini əhatə edən veb-kameralar seçki məntəqələrinin 20 faizini təşkil edir, bu da 1000 məntəqə deməkdir. Veb-kameralar quraşdırılan məntəqələrdən informasiyasının ötürülməsi üçün yüksək parametrli xəttlərin ayrılması ilə şəbəkə yaradılıb”.

İ.Məmmədov qeyd edib ki, 5415 məntəqədə telefonlaşma işi yekunlaşdırılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net