Əsədə təslim olanlar: 10 min silahlı
Tarix: 21-10-2015, 16:25 |
Çap et
Son iki il ərzində 10 min silahlı şəxs rejim qüvvələrinə təslim olub.
Axar.az xəbər verir ki, bunu “Sputnik” agentliyinə müsahibəsində Suriyanın Milli Barışıq naziri Əli Heydər deyib.
O, 6 min nəfərin son 6 ayda təslim olduğunu bildirib.
Nazir Azad Suriya Ordusunun (ASO) digər terror təşkilatlarından fərqlənmədiyini və Suriyanın müttəfiqlərinin səyləri nəticəsində ordunun daha da irəliləyəcəyini açıqlayıb.