"Bakıelektrikşəbəkə"dən transformator olayı ilə bağlı AÇIQLAMA
Tarix: 21-10-2015, 15:36 | Çap et
"Bakıelektrikşəbəkə"dən transformator olayı ilə bağlı AÇIQLAMA
"Bakıelektrikşəbəkə" bu gecə Bakı şəhərinin Nəsimi rayonu ərazisində iki gənci transformatorun içində elektrik cərəyanı vurması ilə bağlı olaya münasibət bildirib. İdarənin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin Lent.az-a dediyinə görə, bütün transformator məntəqələrində “qadağan” işarəsi qoyulub və lazımi tədbirlər görülüb: “Ola bilər kimsə qapını qırıb transformator otağına daxil olsun. Amma idarə tərəfindən bütün məntəqələrə nəzarət olunur. Lazım olan yerdə qapılar qıfıllanır və ya transformatorun ətrafı hasarlanır. Əgər kimsə qapını qırıb məntəqəyə daxil olursa, biz buna nə edə bilərik? Məsələni hüquq-mühafizə orqanları araşdıracaq”.

T.Mustafayev əlavə edib ki, əvvəllər transformatorlarla bağlı bədbəxt hadisələr xeyli çox olub. İndi isə belə hadisələrə nadir hallarda rast gəlinir.

Qeyd edək ki, bu gecə Ağadadaş Qurbanov küçəsində 20 yaşlı Fəqan Fərzəliyev və 18 yaşlı Pərvanə Hüseynova 6 min voltluq transformatorun yerləşdiyi otaqda bədbəxt hadisə ilə üzləşiblər. Ehtiyatsızlıqdan onların hər ikisini elektrik cərəyanı vurub. F.Fərzəliyevin vəziyyəti olduqca ağırdır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net