Eynulla Fətullayevə qarşı NARKOTİK İTTİHAMI
Tarix: 21-10-2015, 15:29 | Çap et
Eynulla Fətullayevə qarşı NARKOTİK İTTİHAMI
Haqqın.az və virtualaz.org saytının baş redaktoru Eynulla Fətullayev Moskva hava limanında xoşagəlməz halla üzləşib.

Rusiya paytaxtına Ümumdünya Olimpiyaçılar Assosiasiyasının və Rusiya Milli Olimpiya Komitəsinin dəvəti ilə səfər edən jurnalist hava limanında gömrük əməkdaşları tərəfindən sorğu-sual olunub. Rusiyalı gömrükçülər bildirib ki, onlarda Eynulla Fətullayevdə 150 qram narkotik vasitə olduğu haqda məlumat var. Jurnalistin son durumu ilə bağlı Hafta.az-a açıqlama verən virtualaz.org saytının redaktoru Famil Cəfərlinin sözlərinə görə, Eynulla Fətullayev bu gün vətənə qayıdır:

“Saytımızın baş redaktoru Ümumdünya Olimpiyaçılar Assosiasiyasının və Rusiya Milli Olimpiya Komitəsinin dəvəti ilə Moskvaya səfər edib. Amma hava limanında onun üçün problemlər yaratmağa başlayıblar. Guya ki, E.Fətullayev oraya özüylə 150 qram narkotik vasitə aparırmış. Bu təbii ki, çox absurd bir iddiadır. Mən bir az öncə baş redaktorla əlaqə saxladım, hazırda hər şey qaydasındadır, o, bu gün vətənə qayıdacaq".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net