Bakı sakinlərini vahiməyə salan qadın tutuldu
Tarix: 21-10-2015, 13:21 | Çap et
Bakı sakinlərini vahiməyə salan qadın tutuldu
Bakıda polisin saxladığı qadının xeyli cinayəti üzə çıxıb.

Virtualaz.org Bakı Şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Viktoriya İlinişna Kotleyardan 0,364 qram heroin aşkar edilib.

Müəyyən edilib ki, o, yanvarın 12-də Zərdabi küçəsində yerləşən ticarət mərkəzində Gülxar Nuhbalıyevanın içərisində 100 ABŞ dolları, bankomat kartı və şəxsiyyət vəsiqəsi olan pul kisəsini, martın 6-da Moskva prospektində Surxay Quluzadənin cibindən 200 manat, sentyabrın 10-da A.Şərifzadə küçəsində yerləşən mağazada Güləndam Həsənovaya məxsus içərisində 500 manat, iki ədəd mobil telefon, açar və şəxsiyyət vəsiqəsi olan əl çantasını oğurlayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net