Dəmirdaş: “Koalisiya hökumətinə hazırıq”
Tarix: 21-10-2015, 13:00 |
Çap et
AKP və CHP ilə koalisiya hökuməti qurmağa hazırıq.
Axar.az xəbər verir ki, bunu HDP həmsədri Səlahəddin Dəmirdaş deyib. O bildirib ki, koalisiya hökuməti ilə bağlı müzakirələr aparmağa hazırdırlar:
“Koalisiya hökumətinin yaradılmasında bizə ehtiyac olarsa, bunu dəyərləndirəcəyik. AKP və CHP ilə müzakirələrə hazırıq. Lakin MHP ilə razılaşmağımız mümkün deyil. Biz HDP olaraq ölkə idarəçiliyində iştirak etsək, Türkiyədə yenidən sabitlik yaranacaq. Bəzi qonşu dövlətlərlə münasibətlər də normallaşacaq”.