Türkiyə polisinə PUA verilir
Tarix: 20-10-2015, 18:28 |
Çap et
Türkiyə təhlükəsizlik qüvvələrinə Pilotsuz Uçan Aparat (PUA) veriləcək.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Baş Polis İdarəsi Müdafiə Sənayesi Nazirliyi ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, kəşfiyyat məlumatlarını əldə etmək və bombaların məhv edilməsi üzrə ixtisaslaşmış PUA-lar polisnin ixtiyarına veriləcək.
İlkn mərhələdə 6 aparat və 4 nəzarət stansiyasının polisə verilməsi nəzərdə tutulur. Ayrıca, 16 yüngül zirehli bomba məhv edən və iki şəxs tərəfindən daşınan 100 ədəd bomba məhv edən robot alınacaq.