Prezident və xanımından ad günü mahnısı - video
Tarix: 20-10-2015, 16:10 | Çap et
Prezident və xanımından ad günü mahnısı - video
ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obama rep ifaçısı Aşerin (Usher) doğum gününü təbrik ediblər.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, oktyabrın 14-də 37 yaşı tamam olan ifaçı Humanitar Elmlər Milli Fondunun 50 illiyi ilə bağlı Ağ Evdə keçirilən tədbirdə iştirak edib. Orada prezident və xanımı ilə söhbət edərkən onlar Aşerə sürpriz ediblər.

Müğənni bu barədə sosial şəbəkədə yazıb:

"Bu baş verdi. Prezident və birinci xanım mənim üçün "Happy Birthday" oxudular. Təbrikə və bu gözəlanlara görə təşəkkür edirəm".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net