İlham Əliyev MTN-ə nazir müavini təyin etdi və strukturu dəyişdi
Tarix: 20-10-2015, 15:36 |
Çap et
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli 43 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin strukturu»nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Vertikal.az fərmanın mətnini təqdim edir:
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli 43 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 144, № 9, maddə 677; 2005, № 6, maddə 480, № 10, maddə 910; 2006, № 12, maddə 1055; 2007, № 11, maddələr 1106, 1117; 2008, № 3, maddə 177; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 4, maddə 294; 2011, № 2, maddələr 81, 85; № 6, maddə 494; 2012, № 11, maddələr 1108, 1109; Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 aprel tarixli 387 nömrəli, 2007-ci il 12 mart tarixli 542 nömrəli, 2008-ci il 31 yanvar tarixli 708 nömrəli və 21 noyabr tarixli 20 nömrəli, 2009-cu il 6 fevral tarixli 45 nömrəli fərmanları) ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin strukturu»nda dəyişiklik edilsin.