Azərbaycan Xəzərə nə qədər balıq buraxıb
Tarix: 20-10-2015, 15:07 | Çap et
Azərbaycan Xəzərə nə qədər balıq buraxıb
Bu vaxta qədər Xəzər dənizinə 43 milyon ədəd nərəcinsli balıq körpələri buraxmışıq. Onlardan 2 milyondan çoxu bu ilin payına düşür.

Bu sözləri Axar.az-a danışan Xıllı Nərəbalıqartırma zavodunun direktoru Zaur Salmanov deyib.

Onun sözlərinə görə, zavodun əsas məqsədi balıq ehtiyatlarının çoxalmasını təmin etməkdir:

“Balıqartırma zavodlarının əsas məqsədi Xəzərdə və daxili sularda balıq ehtiyatlarının bərpası və çoxalmasını təmin etməkdir. Fəaliyyətimiz körpə balıqları yetişdirib, təbii su hövzələrinə buraxmaqdan ibarətdir. Təkcə bu il ərzində müəssisə 2 milyondan çox balıq ehtiyatı görüb”.

Zavod rəhbəri bildirir ki, Xıllı Nərə Balıqartırma zavodunun layihə sənədi üzrə istehsal gücü ildə 15 milyon balıq təşkil edir. Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentindən verilən məlumata görə, ötən il ərzində Departamentin müəssisələri tərəfindən 390,2 mln. ədəd müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələri süni və təbii yolla artırılaraq Respublikanın müəyyən edilmiş su hövzələrinə buraxılıb.

Qeyd edək ki, hazırda ölkə ərazisində 11 dövlət balıqartırma zavodu fəaliyyət göstərir. Onlardan dörd balıqartırma zavodundan ikisi qızıl balıq artımı ilə məşğul olan zavodlardır. Qalanları isə digər balıq növlərinin artımı ilə məşğuldur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net