Sumqayıtda sərnişin avtobus sürücüsünü bıçaqladı
Tarix: 20-10-2015, 14:59 | Çap et
Sumqayıtda sərnişin avtobus sürücüsünü bıçaqladı
Sumqayıt şəhərində marşrut avtobusunun sürücüsü döyülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 19-da Sumqayıt şəhərində Namiq Yağnəliyev idarə etdiyi 9 saylı “İsuzu” markalı avtobusla Sülh küçəsində hərəkətdə olarkən sərnişini, şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Qasımov tərəfindən münaqişə zəminində döyülüb. Sərnişin sürücünü bıçaqlayaraq onun çanaq sümüyünü sındırıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qasımov tutulub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net