İranın Şərqi Azərbaycan vilayәti valisinin Bakıya sәfәri başlayıb
Tarix: 20-10-2015, 12:35 | Çap et
İranın Şərqi Azərbaycan vilayәti valisinin Bakıya sәfәri başlayıb
İranın Şərqi Azərbaycan vilayәtinin valisi İsmayıl Cabbarzadәnin Bakıya sәfәri başlayıb.
İranın Azәrbaycandakı sәfirliyindәn APA-ya verilәn mәlumata görә, sәfәr çәrçivәsindә Azәrbaycan xarici işlәr, iqtisadiyyat vә sәnaye, fövqladә hallar nazirlәri ilә görüşlәr gözlәnilir. Hәmçinin İsmayıl Cabbarzadә ilә Bakı şәhәr İcra Hakimiyyәtinin başçısı Hacıbala Abutalıbov arasında görüş dә nәzәrdә tutulub.

Şәrqi Azәrbaycan vilayәtinin valisi sabah Gәncәyә sәfәr edәcәk vә görüşlәr keçirәcәk. Sәfәr 22 oktyabrda yekunlaşacaq.

Xatırladaq ki, İsmayıl Cabbarzadә ötәn gün Naxçıvanda olub. Orada o Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net