Bakıda qaynanasıgildən qayıdan gəncin sinəsinə bıçaq sancdılar
Tarix: 19-10-2015, 16:34 | Çap et
Bakıda qaynanasıgildən qayıdan gəncin sinəsinə bıçaq sancdılar
Bakıda gənc oğlan qaynanasının evindən qayıdarkən vurulub.

Criminal.az xəbər verir ki, ötən gecə saat 01 radələrində 18 yaşlı Firuz Rzayev naməlum şəxslərin hücumuna məruz qalıb.

Onu "Bakcell Arena" stadionunun qarşısında bıçaqlayıblar. Döş qəfəsindən yaralanan F.Rzayev xəstəxanaya yerləşdirilib.

O, ilkin ifadəsində qaynanasıgildən qayıdarkən yıxıldığını desə də, onun dedikləri polisdə şübhə yaradıb. Hazırda Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsi tərəfindən araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net