Dünyanın ən kök qadını 230 kq arıqladı – FOTOLAR
Tarix: 19-10-2015, 16:15 | Çap et
Dünyanın ən kök qadını 230 kq arıqladı – FOTOLAR
Dünyanın ən kök qadını hesab olunan amerikalı Katrina Reydford 230 kiloqram arıqlayıb.

Bu barədə AzVision.az “The Huffington Post UK”-am istinadən xəbər verir.

Nəşr yazır ki, 12 yaşında Reydford təxminən 432 kq olub. O, özünü “yarımtonluq qadın” adlandırıb.

Uşaq yaşlarında amerikalı seksual təcavüzə məruz qalıb. Bundan sonra o, şirniyyat yemək və gizli “qıda qəbulu”lu özünə təsəlli verməyə başlayıb. 2003-cü ildə Reydfordun tənəffüs sistemində problemlər yaranıb və həkimlər onu xəstəxanaya aparmaq üçün xəstənin qaldığı evi dağıtmağa məcbur olurlar. Bundan sonra qadın əməliyyat olunur və ciddi pəhriz saxlamağa başlayır. Bu müddət ərzində o, ancaq ət, meyvə və tərəvəzlə qidalanıb.

Hazırda qadın 203 kiloqramdır. Lakin amerikalı qadın bu nailiyyətini davam etdirmək istəyir: İndi o, yenə də arıqlamağı və artıq dəridən xilas olmağı planlaşdırır: “Mən indi daha xoşbəxtəm, özümü indi daha əmin hiss edirəm”.

Reyfordun sözlərinə görə, o, hətta keçən il özünə ilk dəfə bikini də alıb.

Dünyanın ən kök qadını 230 kq arıqladı – FOTOLAR





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net