Rusiyadan tarixi etiraf: “Suriyanı qabaqcadan...”
Tarix: 19-10-2015, 14:57 | Çap et
Rusiyadan tarixi etiraf: “Suriyanı qabaqcadan...”
Rusiya Suriya konfliktinə ölkədəki vəziyyətin dözülməz olduğuna görə müdaxilə edib.

Axar.az xəbər verir ki, bu sözləri TASS-a müsahibəsində Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov söyləyib. Onun sözlərinə görə, rus ordusunun Latakiyaya yeridilməsi haqqında qərar spontan olaraq verilməyib:

“Bütün hərəkətlər düşünülmüşdü. Suriyadakı hər şey gizlincə hesablanıb, ali baş komandanla razılaşdırılmışdı. Artıq sirr deyil ki, hərbi təyyarələr və bir neçə xüsusi təyinatlı bölmələr əvvəlcədə Suriyaya göndərilmişdi. Suriya ilə bağlı sonuncu qərar 29 sentyabrda keçirilən Təhlükəsizlik Şurasının iclasında qəbul edilmişdi”.

Qeyd edək ki, Rusiya sentyabrın 30-da Suriyaya öz ordularını göndərib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net