Bəzi dərmanların tapılmamasına səbəb qablaşdırmanın üzərində qiymətlərin çap edilməsi üçün onların apteklərdən yığılmasıdır.
ANS TV-nin məlumatına görə, dərman vasitələrinin qiymətlərinin tənzimənməsi prosesi eyni zamanda apteklərdə bəzi dərman vasitələrinin tapılmamasına da səbəb olur. Tarif Şurasının iyul, avqust aylarında keçirilən iclslarından sonra oktyabrın 6-da keçirilən iclası ilə 1126 dərman vasitəsinin də qiyməti aşağı salındı. Bəzi vətəndaşlar qiymətləri tənzimlənən bəzi dərmanları apteklərdə tapa bilmədiklərini deyirlər.
Aptekdə isə bəzi dərman vasitələrinin olmamasını bu cür izah edirlər.
Əczaçı Təranə Allahverdiyeva Tarif Şurasının qərarından sonra dərmanların olmadığını bildirdi. Onların qiymətləri üstünə vurulduqdan sonra yenidən satışının həyata keçiriləcəyini açıqladı.
Səhiyyə Nazirliyindən isə bildirdilər ki, Azərbaycanda dərman qıtlığından söhbət gedə bilməz. Sadəcə, qiyməti tənzimlənən dərman vasitələrinin yeni qiymətlərinin qablaşdırmanın üzərində çap edilməsi üçün onlar geri yığılıb. Bu müddət ərzində həkim məsləhətilə həmin preparatların əvəzləyicisi istifadə edilə bilər.