PKK-nın "Qara Dəniz Açılım” qrupu ifşa edildi
Tarix: 19-10-2015, 13:18 | Çap et
PKK-nın "Qara Dəniz Açılım” qrupu ifşa edildi
Türkiyənin xüsusi xidmət orqanları 12 nəfərdən ibarət PKK terror təşkilatının “Qara Dəniz Açılım” adlı qrupunu ifşa edib.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kəşfiyyat orqanları “Qara dəniz Açılım” qrupunda yer alan PKK-lı terrorçuların kimlik məlumatlarını və fotolarını əldə edib.
Xüsusi xidmət orqanlarının “Qara Dəniz Açılım” qrupu haqqında hazırladığı hesabatda, terrorçuların regiona ilk dəfə olaraq 1998-ci ildə daxil olduğu xatırladılıb.

1 ay ərzində bölgədə 2 ayrı hücum həyata keçirən qrupun həssas və strateji nöqtələrə yönələn aksiya keçirməyi planlaşdırdıldığı qeyd olunub. Qrupun Günbəz Yaylasında, bir qisminin isə Şalpazarı kəndində bir ağac kölgəsində oturarkən görüldüyü müəyyən olunub.

Həmçinin “Qara dəniz Açılım” qrupunun öz içində 3 qrupa ayrıldığı da qeyd olunub. "Doğanın" kodu adı altında Cəlal K . ilə "Çektar" kodu adı altında Ali Fərat Y.-nin həyata keçirdiyi şifrəli danışıqların xüsusi xidmət orqanlarının tərəfindən qulaq asılaraq ifşa edildiyi söylənilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net