11 il əvvəl Rusiyada qətl törətdi, 11 il sonra 11 il həbsə məhkum edildi
Tarix: 19-10-2015, 12:58 | Çap et
11 il əvvəl Rusiyada qətl törətdi, 11 il sonra 11 il həbsə məhkum edildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 11 il əvvəl Rusiyada qətl törətməkdə təqsirləndirilən İtiyar Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən İ.Rüstəmov 11 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edərək İ.Rüstəmovun 12 il müddətə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Qeyd edək ki, İxtiyar Rüstəmov 2004-cü ildə Rusiyanın paytaxtı Moskva şəhərində Sergey Zasev Alexsandroviçi qətlə yetirib. O bildirib ki, İxtiyarın əmisi qızı Leyla Quliyeva ilə evlənmək məqsədi olub. Leyla Quliyeva ilə qətlə yetirilən Sergey Alexsandraviç dostluq edib. Hadisə qısqanclıq zəminində baş verib. Hadisədən İ.Rüstəmov Azərbaycana qaçıb. O, bu il mayın 12-də polis tərəfindən saxlanılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net