MTN-in saxlanılan generalı Teymur Quliyev kimdir?
Tarix: 19-10-2015, 11:54 | Çap et
MTN-in saxlanılan generalı Teymur Quliyev kimdir?
Xəbər verdiyimiz kimi, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun əməkdaşları MTN-də xüsusi əməliyyat keçirib

Əməliyyat nəticəsində nazirliyin bir sıra yüksək rütbəli əməkdaşları saxlanılıb. Onlardan biri də general-mayor Teymur Quliyevdir.

Bəs bu general Teymur Quliyev kimdir?

Virtualaz.org saytı dəqiqləşdirib ki, 1970-ci ildə Bakıda anadan olan Teymur Quliyev Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universiteti) bitirib.

Teymur Quliyev daha sonra DİN sistemində çalışıb. DİN-in iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsində gələcək MTN rəhbəri Eldar Mahmudovun bilavasitə rəhbərliyi altında işləyib.

Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra T.Quliyevin də iş yeri dəyişir. O, MTN-də təchizat şöbəsinin rəisi postuna gətirilir. Lakin bu vəzifədə az işləyir və tezliklə daha yüksək posta - MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsinə təyinat alır. 2012-ci ildə ona general-mayor hərbi rütbəsi verilir.

Teymur Quliyevin mərhum atası Rəcəb Quliyev uzun illər polis sistemində işləyib. Bir sıra rayonların polis rəisi olub. T.Quliyevin əmisi Rəhim Quliyev də polis sistemində işləyib. DİN-də məsul vəzifələr tutub. 1980-ci ildən isə daxil işlər nazirinin müavini olub. Quliyevlər əslən Gədəbəy rayonundandır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net