Bakı-Sumqayıt yolundakı tıxacın bitəcəyi tarix bəlli oldu
Tarix: 19-10-2015, 11:42 | Çap et
Bakı-Sumqayıt yolundakı tıxacın bitəcəyi tarix bəlli oldu
Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında səhər saatlarında yaranan tıxaclar 2015-cı ilin sonuna qədər davam edəcək.

Bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

N.Paşayev sözügedən ərazidə yolun mərkəzi hissəsində qazma işlərinin başlanıldığını bildirib: "Bu səbəbdən yolda avtomobillərin sıxlığı müşahidə olunur. Bakı-Sumqayıt yolunda metronun “Avtovağzal” stansiyasından çıxıb Biləcəri istiqamətinə gedən və əks istiqamətdə gələnlər üçün yeraltı piyada keçidinin tikintisi aparılır. Ərazidə ağır texnikalar işləyir. Bu səbəbdən yolda avtomobillərin hərəkətinə məhdudiyyətlər olur. Sürücülər bir az səbrli olsunlar. Çünki işlərin yekunlaşmasına ay yarım vaxt qalır”.

Qeyd edək ki, səhər saatlarında mütəmadi olaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı yolda böyük tıxac əmələ gəlir. Avtomobillərin sıxlığı Bakı-Sumqayıt yolunda “Bakı” futbol klubunun bazasının qarşısından "Şamaxinka" deyilən əraziyə qədər müşahidə olunur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net