“Eldar Mahmudov prezidenti qəzəbləndirəcək addım atıb”
Tarix: 19-10-2015, 10:32 |
Çap et
Azad Demokratlar Partiyasının sədri, sabiq MTN zabiti Sülhəddin Əkbər Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlamasında sabiq MTN naziri Eldar Mahmudovun vəzifədən a zad edilməsi ilə bağlı ehtimalları şərh edib:
“Hesab edirəm ki, parlament seçkilərinə iki həftədən də az bir vaxt qaldığı zamanda ölkə başçısının olduqca mühüm əhəmiyyət kəsb eliyən postlardan birinin rəhbərini işdən azad etməsi, onu göstərir ki, E.Mahmudov prezdenti qəzəbləndirəcək hansısa bir addım atıb. Regionda hərbi-siyasi vəziyyətin kəskinləşdiyi bir vaxtda, seçkilərin qapını kəsdirdiyi bir vaxtda belə bir addımın atılması, MTN rəhbərinin işdən azad edilməsi ciddi səbəblərlə bağlı ola bilər. Yəqin ki, yaxın günlərdə bu məsələ daha da aydınlaşacaq. Dövlət başçısının MDB-nin ölkə başçılarının toplantısından geri dönən kimi E Maihmudovu vəzifədən azad etməsi belə düşünməyə əsas verir ki, İ. Əliyevə E.Mahmudovla bağlı hansısa ciddi informasiyalar verilib. Böyük ehtimalla, ölkə başçısına bu informasiya görüş zamanı verilib”.
S.Əkbər hesab edir ki, E.Mahmudovun yerinə kimin təyinat alacağı haqqında qəti fikir yürütmək çətindir:
“E.Mahmudovun yerinə kimin təyinat alacağına gəlincə, bu, prezdentin səlahiyyətində olan bir məsələdir.
Azərbaycandakı kimi rejimlərdə ölkə başçısı bu cür postlara adətən özünə sadiq hesab etdiyi şəxsləri təyin edir. Peşəkarlıq arxa plana keçir. Həm Azərbaycanda, həm də regionda və dünyada baş verən prosesləri nəzərə alsaq, hərbi-siyasi və kəşfiyyat təcrübəsi olan bir şəxsin bu posta təyinatı daha faydalı olardı.
İndiki məqamda konkret şəxslərdən danışmaq düzgün olmaz. Bu günə qədər ki, təcrübə göstərir ki, ölkə başçısı kadr təyinatı məsələsində gözlənilməz seçimlər edir. Bu baxımdan boş qalan nazir postuna kimiin təyin ediləcəyini qabaqcadan söyləmək çətindir. Lakin bir daha qeyd edirəm ki, hərbi-siyasi və kəşfiyyat təcrübəsi olan şəxsin bu posta təyinatı daha məqsədəuyğun olar. Bu, regionda və dünyada baş verən olayların daha düzgün qiymətləndirilməsininə kömək edər”.