Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb
Tarix: 19-10-2015, 09:43 | Çap et
Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb
Bu gün oktyabrın 16-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.
"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 19-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 16-sı ilə müqayisədə 0,0001 manat və ya 0,01% artaraq 1,0474 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0023 manat və ya 0,19% azalaraq 1,1898 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,58% azalaraq 0,0170 manat səviyyəsində qərarlaşıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net